Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.03.2026 14:14
Azərbaycandan İrana göndərilən humanitar yardım Astara sərhədinə çatıb
Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.Yardıma 30 tona yaxın qida məhsulları, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.Yardım Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.
- Baxış: 55
