Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.03.2026 14:12
MDU-da regionun ən böyük su araşdırmaları laboratoriyası açılıb
Mingəçevir Dövlət Universitetində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyası açılıb.Yeni laboratoriya su resurslarının elmi öyrənilməsi, keyfiyyət monitorinqi və region üçün praktik həllərin hazırlanması məqsədilə yaradılıb. Burada suyun fiziki-kimyəvi göstəriciləri və tərkib elementlərinin ölçülməsi üçün müasir avadanlıq quraşdırılıb, nümunələrin götürülməsi və hazırlanması üçün infrastruktura malikdir.Laboratoriya həm tədqiqatçılara elmi araşdırmaları sistemli aparmaq, həm də tələbələrə real laboratoriya mühitində tətbiqi bacarıqlar qazandırmaq imkanı verəcək. Eyni zamanda, regionda su ilə bağlı araşdırmaların genişləndirilməsi və nəticələrin praktik qərarverməyə töhfəsi əsas fəaliyyət istiqamətidir.
- Baxış: 69
