Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.03.2026 17:55
MN: İran Naxçıvana yönəldilən dron hücumlarına görə üzr istəməlidir
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinin Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumları təkzib etməsini məqbul saymadığını bildirib. Nazirliyin açıqlamasına görə, texniki vasitələrlə müəyyən edilib ki, İran silahlı qüvvələri tərəfindən dörd pilotsuz uçuş aparatı Naxçıvan istiqamətində yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digər dronlar isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəbi hədəfə alıb. Azərbaycan tərəfi İranın inkarçılığa son qoymasını, baş vermiş hadisəyə görə üzr istəməsini və günahkarların cəzalandırılmasını gözlədiyini bəyan edib.
- Baxış: 76
