İranın dron hücumunda yaralananların vəziyyəti ilə açıqlama verilib
Dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir. Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb, eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub.Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərovun çiyin nahiyəsi yaralanıbvə zəruri müalicə tədbirləri görülüb.Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb.Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır. İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron zərbəsi endirməsi molla rejiminin növbəti dəfə riyakarlıq və nankorluq nümayiş etdirdiyini göstərir. Azərbaycan illərdir qonşuluq prinsipinə sadiq qalıb və ölkə ərazisi heç vaxt İran və ya başqa bir dövlət üçün təhlükə mənbəyi olmayıb.Buna baxmayaraq, rəsmi Bakı həmişə humanist mövqe nümayiş etdirib. Azərbaycan Prezidenti İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib. Hətta çətin dönəmdə İrana humanitar yardım göndərilməsi də nəzərdə tutulurdu.Azərbaycan heç vaxt ikiüzlü siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub. Lakin molla rejimi bunun əvəzində Naxçıvanda mülki obyektləri, dinc insanların istifadə etdiyi hava limanını hədəfə alıb.Mülki infrastruktura qarşı dron hücumu açıq şəkildə terror aktı kimi qiymətləndirilməlidir. Bu cür addımlar həm də acizlik və qorxaqlıq əlamətidir.Tarix göstərib ki, Azərbaycana qarşı hücuma keçənlər gec-tez peşman olublar. İran da bu qorxaq addımının nəticələrinə görə peşman olacaq.
- Baxış: 41
