Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.03.2026 17:54
NATO İranın Türkiyəni hədəf almasını qınayıb
NATO İranın Türkiyəni hədəf almasını qınayıb.Bu barədə "Haber Global" məlumat yayıb.İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.Həmçinin, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı zamanı zərərsizləşdirilən ballistik raketlə bağlı Ankaranın narahatlığını qarşı tərəfə çatdırıb. Nazir bölgədə gərginliyin artdığını vurğulayaraq münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib.
- Baxış: 44
