Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.03.2026 16:08
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırıb
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ölkədə epizootik sabitliyin və qida təhlükəsizliyinin təminində mühüm rol oynayır.AQTA-nın məlumatına görə, heyvanların identifikasiyası Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi üzərindən aparılır və hər heyvana fərdi nömrə verilir. Bu nömrə vasitəsilə peyvəndlər, müalicələr, hərəkət və digər məlumatlar vahid bazada qeydə alınır. Sistem “fermadan süfrəyə” prinsipi ilə məhsulun mənşəyini izləməyə imkan yaradır. AQTA fermer və heyvan sahiblərini heyvanları vaxtında qeydiyyatdan keçirməyə çağırıb.
- Baxış: 35
