Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.03.2026 10:30

İran ABŞ və İsrailə sərt xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Ebrahim Cabbari bəyan edib ki, ABŞ və İsrailin hücumları dayanmayacağı təqdirdə İran Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirəcək. O bildirib ki, rəsmi Tehran artıq Hörmüz boğazını bağlamaqla iqtisadi təzyiq göstərir və bu addımın qlobal enerji bazarına ciddi təsir etdiyini vurğulayıb. Qeyd edək ki, dünya neft ticarətinin təxminən 20 faizi məhz bu strateji dəhlizdən həyata keçirilir.