Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.03.2026 10:28
İsrail SEPAH-ın yüksək rütbəli hərbçisinin öldürüldüyünü təsdiqləyib
İsrail ordusu Tehranda yüksək rütbəli hərbçinin zərərsizləşdirildiyini açıqlayıb.İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin Livan korpusu komandirinin səlahiyyətlərini icra edən Davud Əlizadə Tehranda keçirilən dəqiq hava zərbəsi nəticəsində öldürülüb.Əməliyyat İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib. Qeyd edək ki, Əlizadə daha əvvəl İsrailin zərbəsi nəticəsində həlak olmuş Həsən Məhdəvinin yerinə bu vəzifəni icra edirdi.
- Baxış: 14
