Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.03.2026 15:38

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır

Ali təhsil müəssisələrinə, həmçinin tam 11 illik və ümumi 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 5-dək davam edəcək.Qəbul prosesində həm cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər. Ali və 11 illik baza üzrə müsabiqədə iştirak etmək istəyənlər DİM-in rəsmi internet səhifəsində “Şəxsi kabinet” yaradaraq elektron ərizəni doldurub təsdiqləməlidirlər.