Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.03.2026 14:12
İsrail–İran qarşıdurmasında İranda 31 hərbçi həlak olub, İsraildə 289 yaralı xəstəxanalara yerləşdirilib
İsrailin İranın şimalındakı Mazandaran əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı 18 İran hərbçisi həlak olub.Bundan əlavə, İranın cənub-şərqindəki Kermandakı hərbi aviabazasına İsrailin endirdiyi zərbə nəticəsində ən azı 13 hərbçinin öldüyü bildirilir.Son 24 saat ərzində İranın zərbələri nəticəsində zərər çəkmiş 289 nəfər İsraildəki xəstəxanalara çatdırılıb.Onlardan 19 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.Qeyd olunub ki, fevralın 28-i döyüş əməliyyatlarının başlanmasından bu yana xəstəxanalara ümumilikdə 1 050 nəfər köçürülüb. Onlardan 120 nəfər hələ də xəstəxanalarda və ya təcili yardım şöbələrində qalır, qalanlarına isə tibbi yardım göstərilib və evə buraxılıblar.
- Baxış: 27
