Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.03.2026 17:51
İran beynəlxalq təşkilatlara məktub ünvanlayıb
İranın xarici işlər naziri Seyed Abbas Araghchi ABŞ və İsrailin İrana hərbi hava hücumları ilə bağlı beynəlxalq təşkilatlara və ölkələrin XİN rəhbərlərinə məktub ünvanlayıb. Məktub Antonio Quterreşə və Birləşmiş Millətlər Təşkilatınin aidiyyəti qurumlarına göndərilib. İran tərəfi 28 fevraldan başlayan hücumlar nəticəsində məktəb, xəstəxana və digər mülki obyektlərin vurulduğunu, çoxsaylı insanın həlak olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb. Qeyd edək ki, hücumlar Cenevrədə İran–ABŞ nüvə danışıqlarının nəticəsiz başa çatmasından sonra başlayıb. Tehran diplomatik həllə çağırış etsə də, vəziyyət regionda gərgin olaraq qalır.
- Baxış: 30
