Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.03.2026 14:18
Dövlət Yol Polisi moped idarə edənlərə müraciət etdi
Martın 26-dan Azərbaycanda moped sürücülərindən “A1” kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi bildirir ki, bu dəyişiklik moped sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsini təmin etmək üçün edilir. Sürücülərə tövsiyə olunur ki, qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etsinlər.Martın 26-dan etibarən sənədsiz moped sürənlər inzibati məsuliyyətə cəlb olunacaq.
- Baxış: 26
