Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.02.2026 16:10

Azərbaycanın dövlət orqanlarında "kağızsız hökumət"ə keçid dövrü başlayır

Azərbaycanda dövlət orqanlarının daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və “kağızsız hökumət”ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq.Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf Fəaliyyət Planına əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin ən azı 80%-i təhlil olunacaq, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarlar müəyyənləşdiriləcək.Planın həyata keçirilməsi üçün vəsait dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin olunacaq.