Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.02.2026 16:09

AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib

Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkələrdə “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” vədlərlə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi təhlükəli ola bilər.Qida məhsullarının insan sağlamlığına təsir göstərdiyi iddiaları qanuna uyğun olmalı, dərman vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən sonra istifadə edilməlidir.Agentlik istehlakçıları tərkibi məlum olmayan və şübhəli mənbələrdən məhsullardan çəkinməyə, çəki idarəsini isə yalnız həkim məsləhəti ilə aparmağa çağırır.