Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.02.2026 14:15

Dövlət Turizm Agentliyi WUF13 çərçivəsində fəaliyyət istiqamətlərini açıqlayıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi fəaliyyətini 7 əsas istiqamət üzrə qurub.Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, forum çərçivəsində turizm və iqlim məkanları ilə bağlı xüsusi panel keçiriləcək, həmçinin milli stenddə Azərbaycanın mədəni-tarixi irsi və mətbəxi tanıdılacaq.Qonaqların otel rezervasiyalarını rahat şəkildə həyata keçirməsi üçün Mərkəzi Rezervasiya Platforması yaradılıb.Xidmət keyfiyyətinin artırılması üçün hotel heyəti üçün təlimlər təşkil edilir.Bundan əlavə, 24 marşrut üzrə turlar hazırlanıb. Proqramlar Bakı və Abşeronla yanaşı, bölgələri və işğaldan azad edilmiş əraziləri də əhatə edir. Qeyd olunub ki, ölkənin turizm sektoru qonaqları yüksək səviyyədə qarşılamağa hazırdır.