Xocavənd şəhərində və kəndində bərpa-quruculuq işləri aparılır
2026-cı ildə Xocavənd şəhərində 792 evin təmir edilməsi planlaşdırılır. Bunu Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Fidan Məmmədli bildirib.Qismən yararlı evlərdən 55-i artıq istifadəyə hazırdır.Böyük Qayıdış proqramına uyğun olaraq, Xocavənd və ətraf yaşayış məntəqələrinə 355 ailə, yəni 1485 nəfər geri qayıdıb. Xocavənd rayonunun eyni adlı kəndində isə iki transformator məntəqəsi bərpa olunub.Hazırda kənddə 278 evdən 128-i yararsız, 150-si qismən yararlıdır.Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə işlər aparılacaq.Böyük Qayıdış proqramı çərçivəsində fevralda kəndə 20 ailə, ilin sonuna qədər isə daha 130 ailənin daimi qayıdışı planlaşdırılır. Kənddə qaz xətləri bərpa edilib, daxili yollar asfaltlanıb və piyada yolları çəkilib.
- Baxış: 20
