Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.02.2026 14:12

İran istiqamətindən sərhəd pozucuları silahlı müqavimət göstərdi, tutuldu

Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərilib.Dörd nəfər naməlum şəxs sərhədi keçməyə çalışıb. Sərhəd naryadları tərəfindən “Dayan” əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrlə tabe olmayaraq silahlı müqavimət göstərib və sərhədçilərə atəş açıblar. Onlar üzərlərindəki bağlamaları ataraq ərazinin meşəlik və havanın qaranlıq olmasından istifadə edib geriyə qaçıblar.Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisə yerində 3 ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.