Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.02.2026 12:12
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçirilir
Bakıda“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.Konfrans,1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunub və türk xalqlarının ortaq tarixi və milli-mənəvi dəyərlərinə əsaslanaraq bu gün qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verir. İlham Əliyev 2025-ci il 22 oktyabr tarixində “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı XX əsrin əvvəllərindən intellektual mərkəz kimi dünya türkologiyasının nüfuzlu məkanlarından biri hesab olunur.Konfransda Türkiyə, Şimali Kipr, Türkmənistan, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edir.
- Baxış: 10
