Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.02.2026 15:54

Fuat Oktay: Zəngəzur dəhlizi Türk dünyasında əlaqələri gücləndirəcək

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə birbaşa bağlı olduğunu bildirib."Zəngəzur dəhlizi Türk dünyasında əlaqələri gücləndirəcək"-sədr qeyd edib.Sədr sabah qeyd olunacaq Xocalı faciəsinin ildönümü ilə bağlı da açıqlama verib ki, bu kimi qətliamları unutmaq olmaz. O qeyd edib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan əks təbliğat aparması və bəzi ölkə parlamentlərində qərarlar qəbul etdirməsi qəbuledilməzdir. Oktay xüsusilə Fransanı bu məsələdə ön sırada göstərib.