Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.02.2026 15:41

Qazax şəhəri sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə çempionatına ev sahibliyi edəcək

2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan olunan Qazax şəhəri ilk dəfə sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə çempionatına ev sahibliyi edəcək.Yarış martın 11-dən 14-dək Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq.Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən yeniyetmə güləşçilər hər iki növ üzrə mübarizə aparacaqlar.