Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.02.2026 12:14
Ağalı kəndi BMT-nin "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib
Zəngilanın Ağalı kənd icması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib.Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib. Ağalı təbii irsin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və dayanıqlı kənd inkişafına verdiyi töhfəyə görə nümunəvi kənd icması kimi tanınıb.
- Baxış: 21
