Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 17:48

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşüb

Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri görüşüblər.Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoghomonyan avtomobil və dəmir yolu ilə yükdaşımaların artırılmasını, nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib, bu istiqamətdə yol xəritəsinin hazırlanması barədə razılıq əldə edib. Həmçinin çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.