Fuad Oktay: "Ermənistanla normallaşma regionda sülhü gücləndirəcək"
Ermənistanla münasibətlərin normallaşması regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcək.Bunu Fuad Oktay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin X üçtərəfli iclasında deyib. O bildirib ki, Türkiyə parlamenti regionda dayanıqlı sülhün tərəfdarıdır və Azərbaycan–Ermənistan arasında atılan addımlar etimadın qurulması baxımından vacibdir. Fuad Oktay razılaşdırılan TRIPP layihəsinin bütün region üçün əhəmiyyət daşıdığını vurğulayıb.Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma Cənubi Qafqazda sabitliyi möhkəmləndirir. Onun sözlərinə görə, Gürcüstan tərəflər arasında vasitəçi rolunu oynamağa hazırdır və sülhü dəstəkləyir.
- Baxış: 15
