Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.02.2026 17:41
Nazirlik Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından istifadə halları ilə bağlı xəbərdarlıq yayıb
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə halları ilə bağlı xəbərdarlıq edib.Bəzi şəxslər obyektlərə yaxınlaşaraq guya sanitar vəziyyətin qənaətbəxş olmadığını deyir, müxtəlif xidmətlər təklif edir və inzibati məsuliyyətlə hədələyirlər.Nazirlik vurğulayır ki, rəsmi yoxlamalar yalnız qanunvericiliyə uyğun qaydada və səlahiyyətli əməkdaşlar tərəfindən aparılır. Bu zaman xidməti vəsiqə və müvafiq sənədlər təqdim edilməlidir.Belə hallarla qarşılaşan vətəndaşlara Nazirliyin 9103 qaynar xəttinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, eləcə də Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmək tövsiyə olunur.
- Baxış: 23
