Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.02.2026 17:36
Bakıda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakının Binəqədi rayonu ərazisində evlərdən 12 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.Naməlum şəxs Biləcəri və Sulutəpə qəsəbələrində dörd evdən ümumilikdə 6 435 manatlıq nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb. Polis tərəfindən saxlanılan 39 yaşlı X. Rüstəmov oğurlanan pullarla mağazalardan alış-veriş edib.Digər əməliyyatla isə 6 min manatlıq qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ. Feyzullayev də tutulub. Faktlarla bağlı araşdırmalar davam edir.
- Baxış: 18
