Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 17:30

"Nyukasl"ın baş məşqçisi: "Bu mövsüm ən yüksək səviyyəli oyunumuzu "Qarabağ"a qarşı keçirmişik"

"Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib ki, komandası bu mövsüm ən yüksək səviyyəli oyununu Qarabağa qarşı keçirib. O, cavab oyununa yaxşı hazırlaşdıqlarını və məqsədlərinin qələbə olduğunu deyib.“Nyukasl”ın futbolçusu Ceykob Mörfi isə “Qarabağ”ın təhlükəli rəqib olduğunu vurğulayaraq, yarımmüdafiəçi Joni Montielə xüsusi diqqət yetirəcəklərini açıqlayıb.Cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək. İlk matçda “Nyukasl” Bakıda 6:1 hesabı ilə qalib gəlib. Nyukasl heyəti "Qarabağ"la matçda bir neçə aparıcı futbolçusundan yararlana bilməyəcək.