Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 16:12

Ceyhun Bayramov Fuad Oktay və Nikoloz Şamxaradze ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oktay və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Şamxaradzenin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.Görüşdə Azərbaycan–Türkiyə müttəfiqliyi, Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı, regional təhlükəsizlik, parlamentlərarası əməkdaşlıq və üçtərəfli formatların əhəmiyyəti müzakirə olunub. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı əsas mövzular sırasında yer alıb.Nazir Azərbaycan–Ermənistan sülh və normallaşma prosesi barədə məlumat verib.