Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 16:11

Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edilib

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına əsasən, “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.Görüş zamanı şairin Azərbaycan ədəbiyyatına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələr vurğulanıb.Xalq şairi göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib.