Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 16:09

WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə "AzərEnerji" ilə memorandum imzalanıb

Bakıda keçiriləcək WUF13 çərçivəsində yaşıl enerji üzrə AzərEnerji ASC ilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.Memorandumun əsas məqsədi WUF13 müddətində tədbir məkanının yaşıl enerji ilə təmin olunmasıdır. Bu, karbon emissiyalarının azaldılmasına və tədbirin ekoloji təsirinin minimuma endirilməsinə xidmət edəcək.Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mayın 17–22-də Bakıda keçiriləcək və dayanıqlı şəhərsalma üzrə aparıcı beynəlxalq platformalardan biri hesab olunur.