Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.02.2026 16:09
Nəsimidə iki nəfər saxlanıldı
Bakının Nəsimi Rayonunda narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Elman İmanov saxlanılıb. Ondan 4 kq 745 qram marixuana aşkarlanıb.Digər əməliyyat zamanı Taleh Bağırov tutulub. Ondan satış məqsədilə qablaşdırılmış 8 kq 413 qram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin götürülüb.Saxlanılan şəxslər istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsində olublar. Faktlarla bağlı cinayət işləri başlanıb, həbs qətimkan tədbiri seçilib.
- Baxış: 20
