Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 16:08

"Nyukasl Yunayted" "Qarabağ"la oyuna böyük itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi Nyukasl Yunayted heyət problemləri ilə üzləşib. İngiltərə təmsilçisi "Qarabağ"la matçda bir neçə aparıcı futbolçusundan yararlana bilməyəcək.Bakıdakı oyunda sarı vərəqə alan Malik Tiau cəzalıdır. Zədə səbəbindən Fabian Şar, Emil Kraft, Tino Livramento və Bruno Gimaraeş də heyətdə olmayacaqlar.Bundan başqa, Sven Botman, Lyuis Mayli və Yoane Vissanın matçda iştirakı sual altındadır. Bu gün Sent Ceyms Parkda keçiriləcək görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq. İlk oyunda Nyukasl Bakıda 6:1 hesablı qələbə qazanıb.