Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 12:11

Nazirlik rəsmisi: Bu ildən diplom və attestatlar elektron şəkildə təqdim ediləcək

Azərbaycanda bu tədris ilindən etibarən təhsil haqqında dövlət sənədləri elektron formada təqdim olunacaq.Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib. Sənədlər Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə hazırlanacaq və Elektron Hökumət İnformasiya Sistemi üzərindən təhlükəsiz şəkildə təqdim ediləcək.Sənədlərə əlavə ediləcək ştrix-kod vasitəsilə onların həqiqiliyini onlayn yoxlamaq mümkün olacaq.