Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.02.2026 17:56

Azərbaycana incəsənət əsərləri, kolleksiya və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib

Prezident İlham Əliyev incəsənət əsərləri, kolleksiya və əntiq əşyaların idxalının ƏDV-dən azad olunması ilə bağlı qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, müvafiq siyahı üzrə ölkəyə gətirilən bu kateqoriyadan olan əşyalar əlavə dəyər vergisindən azad ediləcək. Qanun fevralın 13-də Milli Məclis tərəfindən qəbul olunub.Qərar idxal xərclərini azaldacaq, muzey və mədəniyyət obyektlərinin zənginləşdirilməsinə, eləcə də kolleksiyaçıların fəaliyyətinin dəstəklənməsinə töhfə verəcək.