Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 17:44
"Gəncə" rəsmisi: "Azərbaycan Kubokunun qalibi olmağımız əzmkarlığın, mübarizə ruhunun nəticəsidir"
“Gəncə” basketbol klubunun Azərbaycan Kubokunun qalibi olması komandanın əzmkarlığı, mübarizə ruhu və klub rəhbərliyi tərəfindən göstərilən yüksək səviyyəli dəstəyin nəticəsidir.Bunu Gəncə klubunun icraçı direktoru Elnur Cəfərov bildirib.Onun sözlərinə görə, bu, klubun ikinci böyük uğurudur: “2023-cü ildə də kuboku qazanmışdıq.Əziyyətimiz hədər getmədi”.O gələcək planlara da toxunaraq bildirib ki, məqsəd Avropada Azərbaycan və Gəncə adına çıxış etməkdir: “Avrokuboklara vəsiqə çempionatdakı nəticələrə əsasən müəyyənləşir. Liqada da yüksək yerlər uğrunda mübarizə aparmalıyıq”. "Gəncə" Azərbaycan Kubokunun finalında "Sabah"ı 89:82 hesabı ilə məğlub edib.
- Baxış: 22
