Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.02.2026 17:43

Mariya Stadnikə yeni vəzifə verildi

Mariya Stadnik U-15 və U-17 yaş qrupları üzrə Azərbaycan qadın güləşi millisinin böyük məşqçisi vəzifəsinə təyin olunub.Qadın güləşi üzrə milli komandaların məşqçilər heyəti yenidən formalaşdırılıb. Yeni heyətdə Rövşən Umudov və Solmaz Adilova da yer alıb.Toğrul Əsgərov əvvəlki kimi böyüklər və U-23 milli komandasında, həmçinin U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını icra edəcək. Bu komandanın məşqçilər heyətində Ağahüseyn Mustafayev və Həsrət Məmmədyarov da yer alacaq.