Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 17:39
Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib
Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirib ki, internet məkanında ictimai mənəviyyatı təhqir edən, əxlaq normalarına zidd paylaşımlar və davranışlar ciddi hüquqi məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən bu cür hallara görə cəza nəzərdə tutulur. Mənəviyyatı təhqir edən paylaşımlara görə 6 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 4-ü inzibati həbs, 2-si isə cərimə edilib.Baş Prokurorluq vətəndaşları virtual məkanda etik qaydalara və qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
- Baxış: 23
