Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 16:16
Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir
Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.İclas Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadeqin həmsədrliyi ilə təşkil olunub.Müzakirələrdə iqtisadiyyat, nəqliyyat və energetika sahələrində birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilir.Gündəliyə Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolu, “Xudafərin”, “Qız Qalası” və “Ordubad”-“Marazad” su elektrik stansiyaları, həmçinin Ağbənd-Kəlalə körpüsünün istismara verilməsi məsələləri daxildir.
- Baxış: 36
