Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.02.2026 14:13

Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib

Prezident İlham Əliyev BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. Konvensiya informasiya-kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayətlərin qarşısının alınması və sübutların elektron mübadiləsini tənzimləyir. Sənəd dövlətlər arasında hüquqi yardımın standartlaşdırılmasını və rəqəmsal xidmət provayderləri ilə əməkdaşlığı asanlaşdırır. Azərbaycan konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir.