Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 14:11
WUF13 çərçivəsində Liderlərin Sammiti keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək. Tədbirin substantiv məzmun üzrə meneceri Cəmilə İsmayılzadə bildirib ki, artıq 10-dan çox dövlət başçısı sammitdə iştirakını təsdiqləyib. Onun sözlərinə görə, Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür və bu format ilk dəfə məhz Bakıda tətbiq olunacaq. Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda baş tutacaq.
- Baxış: 32
