Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 10:21
Səfirlik Meksikadakı vəziyyətlə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib
Azərbaycanın Meksikadakı Səfirliyi Meksikada davam edən iğtişaşlarla bağlı bu ölkədə yaşayan və səfərdə olan vətəndaşlarımıza müraciət edib. Diplomatik nümayəndəlik bildirib ki, təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar xüsusilə Xalisko, Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli orqanların tövsiyələrinə ciddi əməl olunmalıdır. Vətəndaşlara kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaq, yalnız rəsmi mənbələrə istinad etmək tövsiyə edilib. Qeyd edək ki, iğtişaşlar “Xalisko Yeni Nəsil” kartelinin lideri “El Menço”nun zərərsizləşdirilməsindən sonra başlayıb.
- Baxış: 42
