Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.02.2026 17:54

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi üzrə əməkdaşlığı davam etdirir. Nazirliyin məlumatına görə, fevralın 20-də İnterpol xətti ilə axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub.Xüsusilə külli miqdarda zərgərlik məmulatlarının qaçaqmalçılığında ittiham edilən Azərbaycan vətəndaşı Tural Səməd-zadənin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilib və o, həbs olunub. Tələb olunan sənədlər təqdim edildikdən sonra ekstradisiya razılaşdırılıb.