Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2026 16:15
Fuad Muradov: İraq türkmanlarının problemləri daim Azərbaycan dövlətinin diqqətindədir
İraq türkmanlarının problemlərinin Azərbaycan dövlətinin daim diqqətində olduğu bildirilib. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşdə səsləndirib. Görüşdə xaricdə yaşayan azərbaycanlıların milli dəyərlərə sadiqliyi və mədəniyyətimizin təbliği istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib. Fuad Muradov iki qardaş xalq arasında mədəni-ədəbi əlaqələrin inkişafına verilən töhfələri də vurğulayıb. Şəmsəddin Kuzəçi isə dərnəyin fəaliyyəti barədə məlumat verərək göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
- Baxış: 43
