Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.02.2026 14:17

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir

Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi baş tutub. Forumun məhkəmə hakimiyyəti üçün mühüm dövrə təsadüf etdiyi, hakimlərin əsas vəzifəsinin isə cəmiyyətin ədalətə inamını gücləndirmək olduğu bildirilib.Ötən il ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatların davam etdirildiyi qeyd olunub. Konstitusion şərhin hüquqi müəyyənliyin və qanunun aliliyinin təminində mühüm rol oynadığı vurğulanıb. Azərbaycanın biometrik rəqəmsal imzanı vətəndaşların və biznesin xidmətinə təqdim edən 30 dövlətdən biri olduğu deyilib.Açılışın sonunda bir qrup hakim təltif olunub. 600-dək hakimin iştirak etdiyi forum panel müzakirələrlə davam edir.