Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2026 14:14
Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən çayxanada yoxlama keçirib. Obyekt sanitariya-gigiyena və texniki tələblərə cavab vermir. Qida ilə təmasda olan səthlər uyğun materialla üzlənməyib, alət və avadanlıqlar təmiz saxlanılmayıb, su filtrasiya olunmayıb, havalandırma sistemi qurulmayıb.Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
- Baxış: 31
