Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.02.2026 11:58

Ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair RƏSMİ AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son dövrlərdə rəqəmsal platformalarda Azərbaycan əleyhinə aparılan dezinformasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb. Dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətlərin təhlilinə görə, bu fəaliyyətlər vahid mərkəzdən idarə olunur və bir ildən artıqdır davam edən çoxsəviyyəli təzyiq strategiyasının tərkib hissəsidir. Məqsəd ictimai rəyi çaşdırmaq, cəmiyyətdə qütbləşmə yaratmaq və dövlət institutlarına inamı sarsıtmaqdır. Komissiya vətəndaşları yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə çağırır.