Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.02.2026 17:29

Gəncə Avtomobil Zavodu yeni layihəyə başlayıb

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi həssas qrupdan olan yeniyetmələrin məşğulluğuna dəstək məqsədilə yeni sosial layihəyə start verib. Belə ki, 4 saylı uşaq evi sosial xidmət müəssisəsi ilə imzalanan niyyət sazişinə əsasən yetkinlik yaşına çatan yeniyetmələrin işlə təminatı razılaşdırılıb. Artıq uşaq evinin üç yetirməsi ilə yarımştat əsasında rəsmi əmək müqaviləsi bağlanıb.