Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.02.2026 15:54

Birinci Qarabağ şəhidləri dəfn olunublar

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhidləri - Vüqar Babayev Göyçayda, Şahin Kərimov Mingəçevirdə, Azad Cəlilov Ucarda, Nail Dənziyev Lerikdə,Mahir Quliyev Cəlilabadda, Rəsul Ağayev Sabirabadda dəfn olunublar.Vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.