Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.02.2026 14:49

Bakıdan Laçına yeni avtobus reysi fəaliyyətə başlayır

Fevralın 25-dən işğaldan azad olunmuş ərazilərə yeni Bakı-Laçın müntəzəm avtobus reysi fəaliyyətə başlayır.Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına saat 08:00-da, əks istiqamətdə isə 16:00-da hərəkət edəcək. Gedişhaqqı Bakı-Laçın üzrə 16,10 manat, Zəngilanın Ağalı kəndi üzrə isə 13,80 manatdır.Yeni reys istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın reysi Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək, gündə 2 dəfə – saat 07:00 və 11:00 Bakıdan, 17:00 və növbəti gün 09:00 Şuşadan hərəkət edəcək.Biletlər yalnız onlayn “biletim.az” portalı və mobil tətbiq vasitəsilə əldə olunur; icazələr avtomatik təqdim edilir.