Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.02.2026 17:42

Müştərisinin saçını kəsib sonra təqaüdünü talamaqda şübhəli bilinən bərbər saxlanılıb

Bakının Mehdiabad qəsəbəsində müştərisinin zor tətbiq edərək 485 manat təqaüdünü talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı bərbər Hüseynbala Cəfərov saxlanılıb.Araşdırma zamanı məlum olub ki, zərərçəkən həmin gün daimi müştərisi olduğu kişi salonunda olarkən təqaüdünün köçdüyünü bərbərə deyib. Bundan sonra H. Cəfərov zərərçəkəni izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirərək pulunu talayıb. Daha sonra isə vəsaiti narkotik vasitə almaq məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.