Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.02.2026 12:45
I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid dəfn olunacaq.Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.İtkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir.İtkin-şəhidlərin bir qismi fevralın 19-da, digər qismi isə fevralın 20-də dəfn olunacaq.Şəhidlərdən biri - Əsgərov Nofəl Cahangir oğlu fevralın 20-də Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
- Baxış: 15
